İraq səfiri yanğınla bağlı İran XİNə çağırıldı


Dünya 08 Sen 2018 15:45:00 271 0

İraq səfiri yanğınla bağlı İran XİNə çağırıldı

İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim edib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, notaya səbəb kimi İraq təhlükəsizlik qüvvələrinin cümə günü etirazçıların konsulluq binasını yandırmasının qarşısını almaqda səhlənkarlığı göstərilir.

Rəsmi Tehran baş verən hadisəni qəti şəkildə pisləyib və günahkarların tez bir zamanda cəzalandırılmasını tələb edib.