9 otaqlı evdə yanğın
Digərləri 08 Sen 2018 14:44:00 271 0
Lənkəranda 9 otaqlı ev yanıb.
FHN-dən Son.az-a verilən məlumata görə, şəhərin Ləj kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 1 otağının döşəməsi 0,5 kv.m sahədə, ev əşyaları 2 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.
Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az