Real-ın gəliri açıqlandı


İdman 08 Sen 2018 14:21:00 276 0

Real-ın gəliri açıqlandı

Son 3 mövsüm Çempionlar Liqasının qalibi olan Madrid Real-ı ötən mövsüm əldə etdiyi gəliri açıqlayıb.

Goal.az xəbər verir ki, "kral klubu"ndan verilən rəsmi açıqlamaya görə, 2017/18 mövsümündə klub 750,9 milyon avro gəlir əldə edib.

Bura futbolçu satışından əldə edilən məbləğlər daxil edilməyib. Bununla da, Madrid təmsilçisi 2016/17 mövsümü ilə müqayisədə 11,3 faiz artım edib.

Paytaxt təmsilçisi həmin mövsüm 674,6 milyon avro gəlir qazanmışdı.