Məleykə Abbaszadə IAEA-nın Böyük Britaniyada keçiriləcək konfransında iştirak edəcək


Digərləri 08 Sen 2018 14:29:17 216 0

Məleykə Abbaszadə IAEA-nın Böyük Britaniyada keçiriləcək konfransında iştirak edəcək

2018-ci il 9-14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA: International Association for Educational Assessment) və Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Qiymətləndirmə və böyük data” mövzusunda IAEA-nın 44-cü illik konfransı təşkil olunacaq.

Bakı. İlhamə İsabalayeva - 2018-ci il 9-14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA: International Association for Educational Assessment) və Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Qiymətləndirmə və böyük data” mövzusunda IAEA-nın 44-cü illik konfransı təşkil olunacaq. Trend-in məlumatına görə, konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcək. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, alt mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan v s. haqqında iştirakçılara məlumat veriləcək. Konfransda, həmçinin Mərkəzin əməkdaşı qiymətləndirmə zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması mövzusunda məruzə ilə çıxış edəcək, digər əməkdaş isə konfransın sessiyalarının birində moderatorluq edəcək. Bu il Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi tərəfindən keçirilən konfrans zamanı aşağıdakı mövzular üzrə elmi təqdimatlar ediləcək: • təhsilin qiymətləndirməsində böyük və kiçik həcmli dataların (məlumatların) istifadəsi; • böyük data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti. Dünya praktikasından nümunələr; • böyük data – qiymətləndirmə metodlarında yeni üsullar; • böyük data – mövcud qiymətləndirmə prosesləri və imkanları;