Məleykə Abbaszadə Britaniyaya yollandı SƏBƏB


Digərləri 08 Sen 2018 13:33:00 263 0

Məleykə Abbaszadə Britaniyaya yollandı  SƏBƏB

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Böyük Britaniyada keçiriləcək 44-cü illik konfransında iştirak edəcək.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 2018-ci il 9-14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA: International Association for Educational Assessment) və Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə "Qiymətləndirmə və böyük data" mövzusunda IAEA-nın 44-cü illik konfransı təşkil olunacaq.

Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti - 45-ci illik konfransının təqdimatını edəcək. "Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər" mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, alt mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan v s. haqqında iştirakçılara məlumat veriləcəkdir. Konfransda,  həmçinin Mərkəzin əməkdaşı qiymətləndirmə zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması mövzusunda məruzə ilə çıxış edəcək, digər əməkdaş isə konfransın sessiyalarının birində moderatorluq edəcəkdir. 

Bu il Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi  tərəfindən keçirilən konfrans zamanı aşağıdakı mövzular üzrə elmi təqdimatlar ediləcək:

• təhsilin qiymətləndirməsində böyük və kiçik həcmli dataların (məlumatların) istifadəsi;

• böyük data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti. Dünya praktikasından nümunələr;

• böyük data - qiymətləndirmə metodlarında yeni üsullar;