UEFA-dan Qarabağ-a müsbət cavab


İdman 08 Sen 2018 12:45:00 273 0

UEFA-dan Qarabağ-a müsbət cavab

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib.

Goal.az xəbər verir ki, qurum Ağdam klubunun ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, UEFA bundan əvvəl "Qarabağ"ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Bundan sonra Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

"Qarabağ" Avroliqada ilk ev  görüşünü oktyabrın 4-ü "Arsenal"a qarşı keçirəcək.

Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda  təşkil olunacaq.