Azərbaycanda iyrənc cinayət: qadınla qeyritəbii yolla cinsi əlaqədə oldu, videosu çəkildi


Digərləri 08 Sen 2018 12:45:33 288 0

Azərbaycanda iyrənc cinayət: qadınla qeyritəbii yolla cinsi əlaqədə oldu, videosu çəkildi

Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini Sübhan Babayev Samirə Səlimova (zərərçəkmişlərin ad və soyadları şərti göstərilib - red.) ilə qeyri-təbii yolla intim münasibətdə olub və bunu videoya çəkib.

Güləhməd Mirzəyev də həmin intim münasibəti əks etdirən pornoqrafik xarakterli videogörüntüləri əldə edə bilib.

Güləhməd Mirzəyev 2015-ci ilin aprel ayının ortalarında Şirvan şəhərində yerləşən "Sərvət" şadlıq sarayının qarşısındakı kafelərin birində Sübhan Babayevlə görüşüb. Bu zaman Güləhməd Mirzəyev Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərini əldə etdiyini deyib. O, Sübhan Babayevi həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib.

Bu videogörüntülərlə Güləhməd Mirzəyev Sübhan Babayevi hədələyərək 15 min manat verməsini tələb edib. Təxminən aprelin 18 və ya 19-da Güləhməd Mirzəyev Hacıqabul şəhəri ərazisindəki "Nar bazarı" adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevin 15.000 manat nağd pulunu alıb. Bundan əlavə, Güləhməd Mirzəyev tanışı Natiq Kazımovla əvvəlcədən razılaşıb və cinayət əlaqəsinə girib. Onlar birlikdə yenidən Sübhan Babayevi həmin pornoqrafik video ilə şantaj etməyə başlayıblar.

Natiq Kazımov Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərin olduğunu, həmin görüntülərin Hacıqabul və Şirvan şəhərlərində yayılacağından xəbərdar olduğunu deyib. Bu səbəbdən Natiq Kazımov 2015-ci il aprel ayının sonlarında Hacıqabul şəhəri ərazisindəki "Nar bazarı" adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb, həmin video görüntülərin mənbəyinin kimliyi haqqında məlumatları bildiyini söyləyib. Natiq Kazımov Sübhana 5.000 manat pul müqabilində həmin görüntülərin yayılmasının qarşısını ala biləcəyini bildirib.