Bakıda məsciddən oğurluq etdiyinə görə tutulub dirəyə bağlanan şəxslə bağlı məhkəmə qərar verdi


Digərləri 08 Sen 2018 12:38:00 300 0

Bakıda məsciddən oğurluq etdiyinə görə tutulub dirəyə bağlanan şəxslə bağlı məhkəmə qərar verdi

Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

Son.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib. 

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı "Qasımbəy", həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Hacıbəyverdi" məscidlərinin nəzir qutularından oğurluq edib".