Fərhad Əliyev keçmiş köməkçisinə vəzifə verdi


Digərləri 08 Sen 2018 12:08:00 231 0

Fərhad Əliyev keçmiş köməkçisinə vəzifə verdi

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco" Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, F.Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib.

Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub.

Qeyd edək ki, "Alco" Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.