Toyda gəlinlə bəy nəşə çəkdilər, qonaqlara


Digərləri 08 Sen 2018 11:47:00 641 0

Toyda gəlinlə bəy nəşə çəkdilər, qonaqlara

Toyumuzun fərqli olmasına can atmadıq. Əksinə, olduğumuz kimi görünməyə, həm də göründüyümüz kimi olmağa çalışdıq. Düşünürük ki, hər insan hisslərini və istəklərini izhar etməkdə azaddır.

29 yaşlı Ceff Baleha belə deyir. ABŞ-ın Kaliforniya ştatında yaşayan Ceff 27 yaşlı Serena Bhatiya ilə evlənib.

Onların toyları qəribə və hətta unikal olub.

Toy San-Fernando valisində, bir zamanlar əfsanəvi müğənni Frenk Sinatraya məxsus olmuş malikanənin həyətində keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Serena və Ceffin toyunda bütün qonaqlara nəşə və tiryək paylanıb, masa üzərindəki qablara çətənə qoyulub.

Bəylə gəlin də doyunca nəşə çəkərək kameralara tüstü püskürdüblər.