Yaponiyada ölənlərin sayı 21ə çatıb


Dünya 08 Sen 2018 09:31:24 295 0

Yaponiyada ölənlərin sayı 21ə çatıb

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfər çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökümətinin baş katibi Yosixide Suqa mətbuat konfransı zamanı bildirib.

Y.Suqa deyib: "Ölənlərin sayı 21 nəfər təşkil edir, 6 nəfərin vəziyyəti çox ağırdır 13 nəfər isə itkin düşmüş sayılır. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində özünümüdafiə qüvvələrinin, polis və yanğından müdafiənin 40 min əməkdaşı iştirak edir, 75 helikopter cəlb olunub".