Biz niyə yorğun oluruq?


Digərləri 08 Sen 2018 08:46:00 341 0

Biz niyə yorğun oluruq?

Yorğun olmağın ən böyük səbəbi - kifayət qədər yatmamaqdır. O kəslər ki, gecəni gec yatırlar, səhəri tez qalxmağa məcburdurlar - həmişə yorğunluq hiss edərlər. Gündəlik işlər görmək üçün kifayət qədər enerjiyə malik olmurlar.

Bizi yorğun edə bilən bəzi səbəblərə işarə edək:

1. Kifayət qədər yatmamaq. Son.az deyerler.org-a istinadən bildirir ki, insan hər gecə 6-8 saat yatmalıdır və əgər bu müddətdən az yatarsa, yorğunluq hiss edər.

2. Yuxu pozğunluğu. Bəzi insanlar kifayət qədər yatsalar da, daim yorğundurlar. İnsan bəzən yatan zaman nəfəsi dayanar, hər dəfə də yuxu apnoesi baş verər. Bu hal yuxuda baş verdiyi üçün, ondan xəbərdar olmaz. Özünü yorğun hiss edər.

3. Enerjiyə malik olmamaq. Az yemək insanı zəif salır və enerjisi az olur. Həmçinin faydasız qidalar da insanı yorğun salır. Əgər siz günə şirni yeməklə başlayırsınızsa, qan şəkəriniz qalxar. Bu da sizi yorğun edər.

4. Sress. Sressin əlamətlərindən biri də yorğunluq və baş ağrısıdır.