Çox yatmaq zərərlidir


Digərləri 08 Sen 2018 08:35:00 306 0

Çox yatmaq zərərlidir

Yuxu bədənin zərurətlərindən olmasına baxmayaraq, ancaq əgər həddini aşarsa bəzi xəstəliklərin əlaməti ola bilər. Aparılan tədqiqatlar göstərir ki, o insanlar ki, gün ərzində çox yatırlar ola bilsin ki, ürək xəstəliyinə, diabetə və ya ani ölümə düçar olsunlar.

Hər bir insanın yuxu ölçüsü yaş ötdükcə dəyişir. Yaşlı insanlarda bioloji dəyişikliklər baş verər və insan daha çox yatmağa meyl edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, çox yatmaq da az yatmaq kimi zərərlidir. Həkimlərin nəzərinə görə ürək və beyin infarktı, diabet xəstəliyi ən çox həddən artıq yatan insanlarda müşahidə olunur.

Yetkinlik yaşına çatan insan gün ərzində orta hesabla 7 saat yatmalıdır. Yeni dünyaya gəlmiş körpə 2 ayına qədər gün ərzində 12-18 saat yatmalıdır. İki ayından on iki ayına qədər 14-15 saat yatmalıdır. 3 yaşına qədər 12-14 saat yatmalıdır. 3-5 yaşlı uşağın yuxu ölçüsü 10-11 saatdır. 10-17 yaşlı yeniyetmə 8-9 saat yatmalıdır. Cavanların yuxu ölçüsü 8-9 saatdır.

Tədqiqatlar göstərir ki, o insanlar ki, tez yorulur və kifayət qədər yatmaqlarına baxmayaraq səhər yuxudan güclə ayılırlar, ehtimal verilir ki, qaraciyər xəstəliklərindən əziyyət çəkirlər. Həmçinin stress, ictimai və iqtisadi gərginlik həddən artıq yatmağa təsir qoyan amillərdəndir. Ruh və cismə mənfi təsirlər qoyar. O kəslərin ki, maddi imkanı yaxşı deyildir və daha az tibb müəssisəsinə müraciət edə bilirlər, özlərini çox yataraq müalicə etməyə çalışarlar.

Bəzi insanların isə çox yatmağının əsl səbəbi dərin yuxuya gedə bilməməkləridir. Bu insanlar gecə və gündüz çox yata bilərlər, ancaq dərin yuxuya gedə bilmədiklərinə görə yorğun və süst olarlar.