Instagram şopinq üçün proqram hazırlayacaq


Digərləri 08 Sen 2018 08:11:00 295 0

Instagram şopinq üçün proqram hazırlayacaq

"Instagram" sosial şəbəkəsinin mütəxəssisləri alış-veriş üçün "IG Shopping" adlı tətbiq hazırlayacaqlar.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni tətbiqin köməyi ilə istifadəçilər sosial şəbəkədə satınalmalar etmək və ödəmək imkanı əldə edəcəklər.   "Facebook"un əsas əməliyyat direktoru və "Instagram"ın sahibi Şeril Sendberqin sözlərinə görə, sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur.   Məlumata görə, 5 istifadəçidən 4-ü ən azı bir brendi izləyir, buna görə ayrı bir mobil proqram pərakəndə ticarət üçün meydança yaratmağa və gəlirləri artırmağa kömək edəcək.