Ekrana inteqrasiyalıTouch ID'li iPhone olmayacaq


Digərləri 08 Sen 2018 08:15:00 232 0

Ekrana inteqrasiyalıTouch ID'li iPhone olmayacaq

Apple şirkəti smartfon ekranına inteqrasiya olunmuş Touch ID texnologiyasından imtina etməyi planlaşdırır. Bunun yerinə şirkət iPhone X-də təqdim olunmuş Face ID texnologiyasını inkişaf etdirməyi düşünür. Bu barədə məşhur analitik Ming-Chi Kuo bildirib. Bu cür qərarın verilməsində əsas səbəblərdən biri o ola bilər ki, OLED ekranların müasir versiyaları bütün ekran üzrə identifikasiya ötürücülərini dəstəkləmirlər. Bununla belə Android smartfon istehsalçıları bu texnologiya da maraqlıdırlar.

Son.az technote.az-a istinadən bildirir ki, iOS isə Android cihazlar arasında bir növ rəqabət gedəcək. Face ID texnologiyası, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına qarşı. Ming-Chi Kuo-nun yeni hesabatında qeyd olunub ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası (Fingerprint On Display, FOD) 2019-cu ildə 500% yüksələcək. Belə ki, Android smartfon istehsalçıları bu istiqamətdə işlər görürlər. Lakin Apple şirkəti yaxın bir neçə il ərzində bu yeni texnologiyanı öz smartfonlarında tətbiq etməyəcək. Bu il ərzində bir neçə dəfə məlumat yayılmışdı ki, guya Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID texnologiyası üzərində çalışır.