Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər


Digərləri 07 Sen 2018 23:43:00 275 0

Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər

Alimlər müxtəlif ölkə vətəndaşları tərəfindən üstünlük verilən mobil proqram növlərini müəyyənləşdiriblər. Bu barədə İrlandiya, Finlandiya və Böyük Britaniya universitetlərinin birgə araşdırmasına istinadən "Phys.org" elmi-texniki xəbərlər portalında məlumat verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər Avropa, Amerika, Asiya və Sakit Okean regionları üzrə 44 ölkədə işlədilən smartfonlarda 54,7 mindən çox proqram istifadə edən 25 mindən çox insanın coğrafi, mədəni və demoqrafik məlumatlarını, həmçinin bu ölkələrin vətəndaşları tərəfindən istifadə edilən mobil proqramları təhlil ediblər.