Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 07 Sen 2018 23:07:00 476 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib ki, bu da çərşənbəyə olan göstəricidən 1,27 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.