Kürəkəninin üzünü "kislota" ilə yandıran qayınana ruhiəsəb dispanserinə yerləşdirildi


Kriminal 07 Sen 2018 22:47:00 277 0

Kürəkəninin üzünü "kislota" ilə yandıran qayınana ruhiəsəb dispanserinə yerləşdirildi

Sabunçu Rayon Məhkəməsində kürəkəninin üzünü "kislota" ilə yandıran qadının ruhi dispanserə yerləşdirilməsi ilə bağlı məhkəmə baxışı olub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən məhkəmə prosesində cinayət məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən Əsədova Kəmalə Kamil qızının 1 saylı ruhi-əsəb dispanserində müalicə alması barədə qərar qəbul edilib. 

Belə ki, bu ilin aprel ayında Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya yerləşdiilən Tərlanın vəziyyəti olduqca ağır kimi qiymətləndirilir. Zərərçəkənin anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.