ABŞın neft ehtiyatları azalır


Dünya 07 Sen 2018 22:51:00 265 0

ABŞın neft ehtiyatları azalır

ABŞ-ın xam neft ehtiyatları azalır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,3 milyon barrel (1,1 faiz) azalaraq 401,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 2,6 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.