Almaniya iqtisadiyyatına misilsiz sərmayə qoyulacaq


Dünya 07 Sen 2018 22:35:00 285 0

Almaniya iqtisadiyyatına misilsiz sərmayə qoyulacaq

Qətər dövləti növbəti 5 il ərzində Almaniya iqtisadiyyatına 10 milyard avro məbləğində sərmayə qoymaq niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qətər Əmiri Təmim bin Həməd Al Tani bu barədə sentyabrın 7-də Berlində keçirilən iqtisadi forumda məlumat verib.

"Biz Almaniya ilə əməkdaşlıq etməyimizə görə qürur duyuruq", - deyən əmir, eyni zamanda, alman şirkətlərini Qətərdə sərmayə qoymağa çağırıb.

AFR Kansleri Angela Merkel "Almaniyaya sərmayə qoymağa marağın artmasını" alqışlayıb. Merkel bildirib ki, AFR-də iqtisadi vəziyyətin yaxşı olması səbəbindən, bu ölkə kapital qoyuluşu üçün "cəlbedicidir". Onun sözlərinə görə Almaniya şirkətləri dünyada "çox yaxşı reputasiya" qazanıblar.


Xəbərə aid fotolar