Yeni texnologiya hazırlanıb


Digərləri 07 Sen 2018 22:43:00 307 0

Yeni texnologiya hazırlanıb

Çin alimləri dəniz suyunda qısa vaxtda parçalana bilən plastika növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həllolma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.

İnstitutun mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastika növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.