Özünü "Lotu Quli"nin qardaşı kimi təqdim etdi, "Şeron"un keçmiş üzvlərini soydu


Kriminal 07 Sen 2018 22:32:00 289 0

Özünü "Lotu Quli"nin qardaşı kimi təqdim etdi, "Şeron"un keçmiş üzvlərini soydu

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədov barələrindəki hökmdən Ali Məhkəməyə şikayət ediblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunan şəxslərin məhkəmə prosesi oktyabrın 30-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, A.Məmmədov, V.Bağırovun hər biri 10 il, G.Xəlilov 12 il, İ.Həsənov isə 12 il müddətində azadlıqdan məhrum ediliblər.