Dəb proqnozu: Payız və qış mövsümünün əsas trendləri nələr olacaq? FOTO


Digərləri 07 Sen 2018 22:14:00 437 0

Dəb proqnozu: Payız və qış mövsümünün əsas trendləri nələr olacaq?  FOTO

Yayın qaynar günləri artıq geridə qalıb, sentyabr öz gəlişi ilə həm şəhərimizə, həm də qəlbimizə xoş bir sərinlik gətirib. Ümid edirik ki, bu sərinlik birdən-birə yağışlı və küləkli havalarla əvəz olunmayacaq. Çünki heç kim, xüsusilə modapərəstlər qısaqoldan birbaşa kurtkaya keçid etmək istəmir. Axı qarderobda geyinilmək üçün həsrətlə sentyabrın gəlməsini gözləyən pencəklər asılıb. Əslində zaman elə sürətlə uçur ki, vaxtın necə keçdiyini hiss etmirsən. Odur ki, soyuq havalara qarşı indidən "silahlanmağa" dəyər.

Son.az "Payız və qış aylarında nələr dəbdə olacaq?" sualına müxtəlif cavablar hazırlayıb. Beləliklə, oxucuları payız-qış trendlərinin icmalı ilə tanış edirik:

Bəbir və digər heyvan naxışları

Sözsüz ki, bu mövsümün əsas trendlərindən biri heyvan naxışlarıdır. Bəbir naxışı ilə yanaşı, piton, pələng, zebr naxışları da qarşıdakı payız və qış aylarında populyar olacaq.

Dəri

Dəri payız-qış ayları üçün yeni tendensiya deyil. Bu il daha seksual dəri geyimləri qarşınıza çıxacaq, hətta butik rəfləri sizə seks-şopları xatırladacaq.

80-ci illər

Marc Jacobs, Alberta Ferretti, Tom Ford

Ötən mövsümdən bizə miras qalan daha bir trend... Əgər bu yay dizaynerlər şanlı dövrə yalnız eyham vurmuşdularsa, payızda o dövrün dəbi bütün ehtişamı ilə önə çıxacaq.

Buduar (qadının istirahət və digər məşğuliyyətləri üçün nəzərdə tutulmuş təmtəraqlı otaq. Buduar termini XVIII əsrdə ortaya çıxıb).

Gündəlik həyata uyğunlaşdırılmış buduar elementləri payızın nömrə bir trendlərindəndir. Korsetlər, pijamalar, penüarlar və digər gecə geyim elementləri gündəlik obrazının bir hissəsi ola bilər və heç kəs buna görə sizi ittiham etməyəcək.

Feminen və maskulin tərzinin vəhdəti

2018-ci ilin payızında qadın və kişi üslubunun dueti dəbdə olacaq. Məsələn, qadın və kişi geyim elementləri mürəkkəb siluetdə birləşdirəcək. Buna nail olmaq çox asandır: Ən çox sevdiyiniz paltarı alın və onun üzərinə bol kəsimli pencək geyinin.

Baş geyimləri

Bakı kimi soyuq şəhərdə baş geyimləri ilk növbədə məcburi zərurətdir, dəbli tendensiya deyil. Bununla belə məhz onlar gələn ilin payızında özünün bütün zənginliyi ilə qarşımıza çıxacaq. Odur ki, müxtəlif modellər arasından indidən seçim etməyə tələsin.

Daha çox həcm

Payızda dizaynerlər daha həcmli və fantastik formalardan qorxmamağı təklif edirlər. Çiyinliklərin köməyi ilə şişirdilmiş pencəklər və ya çoxqatlı paltarlar yeni mövsümdə trend olmağa iddialıdır.

Qurama

Qurama - yazdan payızda keçid edən daha bir trenddir. Qurama yorğan imitasiyası "Christian Dior", "Marni" və digər dizaynerlərin kolleksiyalarında yer alıb.

Utilitarizm (rahat, praktik, faydalı)

Dizaynerlər qərara gəlib ki, payız-qış mövsümündə rahatlıq və funksionallıq hər şeydən üstün olmalıdır. Odur ki, sırıqlı yorğanı xatırladan kurtkalarınız nə qədər həcmli və cibli olsa, bir o qədər yaxşıdır.

Süni xəzlər

Brendlər artıq süni xəzlərə üstünlük verməyə başlayıb və buna sevinməmək olmaz. Belə xəzlərin yaradılması həm də heyvanların amansızcasına öldürülməsini tələb etmir və dizayn baxımından imkanlarını genişləndirir. Modapərəstlərə xəzlərin istənilən fasonu və rəngi təklif edilir. Odur ki, bütün bunlar haqlı olaraq, onu payızın trendi elan edir.

Neon

Neon rənglər payız-qış aylarında hər yerdə qarşımıza çıxmağı vəd edir. Bu tendensiyanı hətta axşam paltarlarında da görmək olar. Məsələn, "Prada" kolleksiyasında.

Plaş-paltar

Belə geyimin əsas üstünlüyü ondan ibarətdir ki, o, sizin arzularına əsasən dəyişilə bilər. Plaşın biçimini xatırladan paltarı həm çılpaq bədənə, həm də havalar soyuyanda vodolazka ilə geyinmək olar.

Qələm ətək

Ciddi ofis yubkası yenidən trend olmağa namizəddir. Onun sayəsində asanlıqla güclü qadın təəssüratı yaratmaq mümkündür. Amma bu ilin payızında qələm ətəyi ənənəvi qaydada deyil, daha fərqli fasonlarda görəcəyik: yarığı, kəsimi, rəngi, bəzək və düymə elementləri, həmçinin naxışı ilə fərqlənəcək.

Balyaj və ombre tonlar

2018-ci ilin əsas rəng trendi payıza yeni nəfəs gətirən balyaj və ya ombre tonlardır. Müxtəlif rəng və çalarların keçidləri xüsusilə paltarlarda effektli təsir bağışlayacaq.

Futurizm

Balmain, Giambattista Valli, Dior

"Gələcəyi görməyə darıxan" dizaynerlərin bir qismi gələcəkdə dəbin necə olacağı mövzusunda durmadan baş sındırır və növbəti payız istisna olmayayıb. Futurizm rəmzi sayılan metal rəngi paltar, kurtka, ayaqqabı, hətta çantalarda istifadə edilib.

Laklı dəri