Aygün Bəylərin qardaşı ilə bağlı yeni qərar


Kriminal 07 Sen 2018 21:54:00 232 0

Aygün Bəylərin qardaşı ilə bağlı yeni qərar

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun apellyasiya məhkəməsi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Həmçinin Baş Prokurorluğun təqsirləndirilən şəxslərin barəsində olan cəzaların artırılması ilə bağlı apelyasiya protesti də təmin olunmayıb. Zərərçəkmiş tərəfin də eyni tələbi rədd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib.

Elnur Əsirova isə bəraət hökmü çıxarılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş narkotik ittihamına bəraət verilib. Qeyd edək ki, prokuror Abbas Hümmətovun 14 il 9 ay, Fuad Məmmədzadənin 15 il, Ramil Əsirovun 15 il, Elmir Alxasovun 15 il, Elnur Əsirovun 14 il 9 ay və Cavid Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.