Azərbaycanda naməlum heyvan sakinləri təşvişə salıb VİDEO


Digərləri 07 Sen 2018 21:44:00 277 0

Azərbaycanda naməlum heyvan sakinləri təşvişə salıb  VİDEO

Zərdabın Yarməmmədbağı kəndində naməlum heyvan peyda olub. Son.az bildirir ki, naməlum heyvan sakinləri təşvişə salıb.

Sakinlərin sözlərinə görə, kənddəki evlərdən birində uzun müddətdir ki, yaşayış yoxdur. Kəndliləri qorxuya salan heyvan da məhz həmin həyətdə yaşayır. Naməlum heyvan həyətdə kiçik tunellər qazır.

Heyvan bir neçə dəfə sakinlərin qarşısına çıxaraq onları qorxudub. Lakin onun hansı növə aid olduğunu müəyyən etmək mümkün olmayıb.