Danimarkalılardan Azərbaycan rəqsi şousu: Bakıdan tar, qaval aparıb... VİDEO FOTO


Digərləri 07 Sen 2018 21:29:00 327 0

Danimarkalılardan Azərbaycan rəqsi şousu: Bakıdan tar, qaval aparıb...  VİDEO  FOTO

Son.az publika.az-a istinadən Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılar arasında milli musiqimizin təbliğatı sahəsində önəmli işlərə imza atan Kəmalə Hüseynovanın müsahibəsini təqdim edir.

- Kəmalə xanım, bu günlərdə Danimarkada Azərbaycanla bağlı uğurlu tədbirə imza atdınız. Bu tədbir haqqında oxucularımıza məlumat vermənizi istəyərdik.

- Danimarkanın paytaxtı Kopenhagen şəhərinin əsas mərkəzi bölgəsində Azərbaycan musiqisi, mədəniyyəti danimarkalılara və şəhərə gələn qonaqlara təqdim olunub. Tədbir "İslands Brygge" adlanan bölgədə keçirildi. Tədbirdə xaricilərə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verildi.

- Tədbirin keçirilməsi təklif olaraq haradan gəlmişdi?

- Təklifi bir neçə ay əvvəl Mette Svane adlı rəqqasədən almışdım. Onu da qeyd edim ki, Mette artıq Azərbaycanda olub və rəqslərimizi öyrənib. Danimarkada Azərbaycan rəqslərini təbliğ edir. Bir danimarkalının bu işdə belə həvəsli olması, təklifi özü irəli sürməsi azərbaycanlıları qürurlandırır.

- Mette Svanedən başqa, rəqslərimizi öyrənən danimarkalı varmı?

- Bəli,o indi tək deyil. Danimarkalı Kinn Basset bizim rəqsləri öyrənir. Kinni rəqsləri Mettedən və internetdən öyrənib. Bu gün birgə duet halında rəqs edirlər.

- Əsasən hansı rəqsləri ifa edirlər?

- Onların repertuarlarında "QavaL","İnnabı","Nəlbəki","Sarı Gəlin","Səbət" və başqa rəqslər var idi.


Xəbərə aid fotolar