Azərbaycanlı aktrisadan illər sonra ETİRAF: "Ailə həyatı sənətimdə mənə mane olurdu" FOTO


Kriminal 07 Sen 2018 21:10:00 313 0

Azərbaycanlı aktrisadan illər sonra ETİRAF: "Ailə həyatı sənətimdə mənə mane olurdu"  FOTO

Əməkdar artist Nahidə Orucovanın Son.az-a müsahibəsi.

- Nahidə xanım, yay istirahətiniz necə keçdi?

- Çox gözəl istirahət etdim. Demək olar ki, istirahətimi elə Azərbaycanın dilbər guşələrində keçirdim. Hava şəraiti sərt keçdiyinə görə istirahətimi yarımçıq qoyub Bakıya qayıtdım. Artıq teatrda da işlərimiz başlayıb. Həm də bir neçə seriala və filmə dəvət almışam. Siz bilirsiniz ki, mən ARB kanalında çalışdığım üçün gələn heç bir təklifləri qəbul etmirdim. Çünki efir bütün vaxtımı alırdı. Aktyor, aktrisa yaradıcılıqla məşğul olmalıdır. Mən bütün yaradıcılığımı qatlayıb bir kənara qoymuşdum.

- Mən bilirəm ki, həmin verilişə getdiyinizə görə bir çox həmkarlarınız sizi qınamışdı.

- Qınaqlar həmişə var, olacaq da. Mən orada aktrisalıq məharətimi sərgiləyirdim. Burda qeyri-adi heç nə yox idi.

- Arıqlayandan sonra bəzi rolları oynamaq sizin üçün çətin deyil ki?

- Mən arıqlamağıma görə heç də peşman deyiləm. Hər şeyə çarə var. Səhnədə arıq aktrisanı da kök etmək olur. Əsas odur ki, mən teatrdayam, səhnədəyəm. Məndə dəyişən, sadəcə, xarici görünüşdür, xarakterim dəyişməyib.

- Nahidə xanım, niyə dram, faciə janrında rollarınız azdır?

- Mən bütün rolları oynamağı bacaran aktrisayam. Bunu rejissorlar da bilir, həmkarlarım da. Mənim ilk iş yerim Sumqayıt Dram Teatrı olub. Bu teatrda mən həm faciə, həm də dram janrında rollar oynamışam. "İkinci bahar" serialındakı rolum da dramatik obraz idi. Mən əlil arabasında olan bir qadını oynayırdım. Həyat yoldaşım isə mafiyoz idi. Ona görə də serialın sonunda onu öldürürlər.

- Aktrisanın  həmişə maddi problemi olur. Sizin nə kimi probleminiz var?

- Problemlər çoxdur, 1-2 dənə deyil ki, deyim! Siz bilirsiniz ki, mən heç vaxt efirdə ağlamamışam, problemimi dilə gətirməmişəm. Çünki mən öz pozitivliyimi tamaşaçılarla bölüşməliyəm, problemimi yox.

- Amma kifayət qədər imkanı geniş olan sənətçilər də var.

- Mən həmişə sənətlə rəqabət aparmışam. "Onda var, məndə niyə yoxdur" deməmişəm! Allah hər kəsə öz ruzisini verir.


Xəbərə aid fotolar