Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı


Digərləri 07 Sen 2018 18:52:00 301 0

Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb. 

Son.az oxu.az-a istinadən bildirilir ki, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. 

Su Polisi vətəndaşları əhaliyə xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir. 

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib.