Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb


Digərləri 07 Sen 2018 17:32:00 267 0

Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb

Bakıda alkoqol xəstəsi itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nərimanov Polis İdarəsinin 18-ci polis bölməsinə Beyləqan rayon sakini Sahib Həsənov məlumat verib.

Məlumatda bildirilir ki, hadisə 4-5 gün əvvəl baş verib.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü alkoqol asılılığından əziyyət çəkən Əzizov İntiqam Akif oğlu 4-5 gün əvvəl Bakının Nərimanov rayonunun Təbriz küçəsi 17 ünvanının qarşısından Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə götürülərək xəstəxana adı ilə naməlum istiqamətə aparılıb.