Real ötən mövsüm üçün gəlirini açıqlayıb


İdman 07 Sen 2018 17:26:00 278 0

Real ötən mövsüm üçün gəlirini açıqlayıb

Ardıcıl üç mövsümdür Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran “Real” 2017-2018-ci il mövsümündə əldə etdiyi gəliri açıqlayıb. Goal.az xəbər verir ki, “kral klubu”ndan verilən rəsmi açıqlamada 2017-2018-ci il mövsümündə əldə edilən gəlirin 750,9 milyon avro olduğu bildirilib. Göstərilən rəqəmə futbolçu satışından əldə edilən məbləğ daxil deyil.

750,9 milyon avro gəlir əldə edən “Real”, bununla da, 2016-2017-ci il mövsümü ilə müqayisədə gəlirini 11,3 faiz artırıb. Madrid klubu həmin mövsüm 674,6 milyon avro gəlir əldə etmişdi.