Məhərrəm ayının başlanması ilə bağlı Dövlət Komitəsində müşavirə keçirilib


Sosial 07 Sen 2018 17:07:11 237 0

Məhərrəm ayının başlanması ilə bağlı Dövlət Komitəsində müşavirə keçirilib

PA-nın şöbə müdiri tövsiyələr verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK)Prezident Administrasiyasının Millətlərarasımünasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri EtibarNəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirəkeçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəmövcud dini durum, dini maarifləndirmə sahəsində həyata keçiriləntədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərəkqeyd edib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dinimaarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və bufəaliyyət ardıcıl olaraq davam etdirilməlidir. Respublikamızın bütünşəhər və rayonlarında davamlı olaraq milli-mənəvi, dini dəyərlərimizin,həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliğivə təşviqi üçün çox böyük işlər görülür.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Məhərrəm ayınınbaşlanması münasibətilə DQİDK-nın qəbul etdiyi Tədbirlər Planı vənəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. O bildirib ki, qəbuledilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdəquracaq. Buraya maarifçilik, izahat işlərinin aparılması, monitorinqlərvə s. daxildir. Eyni zamanda, Dövlət Komitəsi paytaxtda və bölgələrdəQMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək verəcək.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər,multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovgörülmüş işlər, Məhərrəm ayında planlaşdırılan tədbirlər və qarşıdaduran vəzifələrdən danışıb, həmçinin müvafiq tövsiyələrini verib.

Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlərləbağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digərməsələlər, o cümlədən dövlət-din münasibətləri, dövlətin dinə qayğısı,Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizinqorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeydolunub ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq Aşura günütəziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsizamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütünmərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir. Müzakirəolunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq vətövsiyələr verilib.