Kataloniyaya xüsusi bölmələrin 600 agenti gələcək


Dünya 07 Sen 2018 17:08:00 258 0

Kataloniyaya xüsusi bölmələrin 600 agenti gələcək

İspaniya Daxili İşlər Nazirliyi Kataloniyadakı polislərin sayını artırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniyada milli bayram günü və bununla əlaqədar separatistlərin törədə biləcəyi aksiyalar ərəfəsində regiona xüsusi təyinatlı bölmələrin 600 agentinin göndərilməsi qərara alınıb. Onların vəzifəsi ictimai binaları mühafizə etmək və vətəndaşların təhlükəsiziyinin təmin olunmasında Kataloniya polisinə dəstək verməkdir. Bu halda əvvəlki kimi regionda qalan mülki qvardiyanın əməkdaşları da bu işə cəlb edilib.