Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq


Digərləri 07 Sen 2018 16:24:00 267 0

Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq

2018-ci ilin sonunadək Polşa və Qazaxıstanda da ticarət evlərinin açılması nəzərdə tutulur.

Bakı. Bu ilin sonunadək Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ticarət evlərinin açılması Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində keçirilən İxracatçılar Klubunun növbəti iclası Polşa və Qazaxıstanda açılması nəzərdə tutulan ticarət evlərinə həsr edilib.