Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək


Digərləri 07 Sen 2018 16:14:03 287 0

Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək

Sentyabrın 11-də saat 16:00-da Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək.

Bakı. Sentyabrın 11-də saat 16:00-da Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək. AİK-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağ Şəhər Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək. İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır.