Türkiyə prezidenti: "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil"


Dünya 07 Sen 2018 16:03:56 272 0

Türkiyə prezidenti: "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil"

"Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb"

"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib.

O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".