Bu gün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - SƏBƏB?


Digərləri 07 Sen 2018 15:44:00 246 0

Bu gün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - SƏBƏB?

Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

Bakı. Samir Əli - Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, oyun başa çatana qədər azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün metropolitendə bütün tədbirlər görüləcək: "Futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu "Koroğlu" stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək".