Bacının toyunda qardaşını öldürdülər


Dünya 07 Sen 2018 15:07:11 235 0

Bacının toyunda qardaşını öldürdülər

Atəş açan şəxs kameraya düşdü

Türkiyənin Niğde rayonunda bacısının toyunda havaya atəş açmaq istəyən Ramazan Koyun qardaşını başından vuraraq öldürüb.

Son.az haberler-ə istinadən xəbər verir ki, aldığı güllə yarasından dünyasını dəyişən 2 uşaq atası Hasan Koyunun vurulma anının görüntüləri ortaya çıxıb.

Qeyd edək ki, hadisə 31 avqust axşamı baş verib.

Hadisədən sonra istintaqa başlayan polislər 9 şübhəlini nəzarətə götürüblər. Səlahiyyətlilər apardıqları araşdırma zamanı tapançadan atəş açan şəxsin Hasan Koyunun qardaşı Ramazan Koyun olduğunu müəyyənləşdiriblər. Qanlı olayı törədənin kimliyini müəyyən edən polis də şoka düşüb.