17 ədəd qovaq ağacının kəsilməsilə təbiətə dəyən ziyan 7450 manat oldu


Digərləri 07 Sen 2018 15:01:00 253 0

17 ədəd qovaq ağacının kəsilməsilə təbiətə dəyən ziyan 7450 manat oldu

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Füzuli rayonu Alxanlı kəndi ərazisində köküstə yaş müxtəlif diametrli 17 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 7450 manat məbləğində ziyan dəydiyi məlum olub.