Vurduğu heyvanın nə olduğunu görüncə, qorxusundan qaçdı


Dünya 07 Sen 2018 14:54:00 243 0

Vurduğu heyvanın nə olduğunu görüncə, qorxusundan qaçdı

Türkiyənin Sivas rayonunda anidən yola çıxan ayını mikroavtobus vurub.

Son.az Haberler-ə istinadən xəbər verir ki, idarə etdiyi nəqliyyat vasitəsini saxlayan sürücü vurduğunun nə olduğuna baxmaq üçün maşından enib və onun ayı olduğunu görüb. Qorxusundan hadisə yerindən 1 kilometr uzaqlaşan sürücü polisə xəbər verib. 

Tələf olan ayı vətəndaşlar tərəfindən yoldan çıxarılıb. Həmin vaxt yolda uzun tıxac yaranıb.


Xəbərə aid fotolar