Sevgilidən qisas aldı:


Digərləri 07 Sen 2018 14:58:00 271 0

Sevgilidən qisas aldı:

Britaniyada Serena Reynoldson qeyri-rəsmi nikahda yaşadığı, sonra isə onu atıb gedən ərindən qisas almaq üçün onun bütün akvarium balıqlarını öldürüb.

Son.az The Sun-a istinadən bildirir ki, 35 yaşlı qadın sevgilisi Con Fitspatrikə video da ünvanlayıb. Videoda qadının akvariuma paltar ağardıcı məhlul tökərək balıqları əzabla öldürdüyü anlar əks olunub.

Ağardıcı suya qarışarkən balıqlar vurnuxur, sonra ölürlər.

Bu zaman Serena deyir: "Ölün, ölün, ölün! Con, sənin evdə saxladığın ilanı da öldürəcəyəm!"


Xəbərə aid fotolar