Azərbaycanda vəkil qurumlarının sayı 48ə çatıb FOTO


Digərləri 07 Sen 2018 14:45:00 255 0

Azərbaycanda vəkil qurumlarının sayı 48ə çatıb  FOTO

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə daxil olmuş I kurs tələbəsi Şahxanım Həsənovaya Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsis edilmiş "Əlimərdan bəy Topçubaşov" adına təqaüdün verilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Salyan rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində 20 saylı və "LCG" vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar verilib.


Xəbərə aid fotolar