Malta - Azərbaycan matçının hakimi müəyyənləşdi


İdman 07 Sen 2018 14:27:00 250 0

Malta - Azərbaycan matçının hakimi müəyyənləşdi

UEFA Millətlər Liqasının 2-ci turunda millimizin Malta ilə səfər oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətdə Milutin Cukiç və Yovitsa Tatar kömək edəcək. Dördüncü hakim Aleksandar Cikanoviçdir.

Qeyd edək ki, sentyabrın 10-da Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.