Kimlər odun tədarük edə bilər? Nazirlik açıqladı


Digərləri 07 Sen 2018 14:13:00 289 0

Kimlər odun tədarük edə bilər?  Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin yanacaq odununa olan tələbatını təmin etmək üçün edilən odun tədarükünün təşkili məsələsinə aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycan meşələri faydalı funksiyalarına görə 1-ci qrupa aid edildiyindən meşələrdə sənaye əhəmiyyətli qırıntılar aparılması qadağan olunub: "Yalnız meşəyə qulluq məqsədilə köküstə qurumuş, inkişafdan qalmış, xəstə və meşə ərazilərində yıxılmış ağaclar hesabına məhdud miqdarda yanacaq odunu tədarük edilir. Bu oduncaq ilk növbədə Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə, imtiyazlı şəxslərə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir".

F.Əliyev deyib ki, 2018-ci ildə köküstə qurumuş, inkişafdan qalmış, xəstə ağaclar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 51 min kub metrə yaxın odun tədarükü proqnozlaşdırılıb və hazırda hərbi hissələrə, sərhəd qoşunlarına odun verilməsinə başlanılıb, bu istiqamətdə işlər davam etdirilir.