Afaq Gəncəli üçün ÖZƏL GÜN


Şou-biznes 07 Sen 2018 14:17:00 980 1

Afaq Gəncəli üçün ÖZƏL GÜN

Bu gün ATV-nin tanınmış siması Afaq Gəncəlinin doğum günüdür. Son.az big.az-a istinadən xəbər verir ki, aparıcı 41 yaşını qeyd edir. Onu həmkarları və sənət yoldaşları da sosial şəbəkə vasitəsi ilə təbrik ediblər.  Qeyd edək ki, Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. Ailədə özündən başqa iki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktor" fakültəsində alıb. Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli uşaq yaşlarından babasının əhatəsində incəsənətə sevgi ilə böyüyüb. Ali təhsilini rejissorluq fakültəsində təhsil alaraq bitirən istedadlı gənc o illərdən televiziyaya maraqla yanaşıb. 1998-ci ildən televiziyada çalışan aparıcı bir çox nailiyyətlərə imza atıb. Hazırda TV aləminin reytinqli verilişlərindən hesab olunan "ATV maqazin - 10larla" verlişinin aparıcısıdır.