Ərdoğan İranda səfərdədir


Dünya 07 Sen 2018 13:34:00 340 0

Ərdoğan İranda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısında iştirak etmək üçün Tehranda səfərdədir.

Son.az report-a istinadən xəbər verir ki, həmin toplantıda Suriyadakı, o cümlədən İdlibdəki vəziyyət müzakirə olunacaq.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı bu səfərdə müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak və Prezident Administrasiyasının əlaqələr üzrə sədri Fahrettin Altun müşahidə edirlər.