Ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər


Digərləri 07 Sen 2018 13:36:00 306 0

Ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluq təsərrüfatlarını bu sahədə böyük təcrübəsi olan şirkətlərin istifadəsinə verməyi nəzərdə tutur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın müxtəlif ərazilərində 10 ovçuluq təsərrüfatı var: "Maddi-texniki təchizat, ovçulara göstərdiyi xidmət baxımından həmin təsərrüfatların vəziyyəti bizi çox da qane etmir. Buna görə də nəzərdə tutmuşuq ki, yaxın gələcəkdə həmin təsərrüfatlar bu sahədə böyük təcrübəsi olan şirkətlərin istifadəsinə verilsin. Bununla bağlı iş aparılır. Yalnız o şirkətlər müsabiqədə iştirak edə biləcəklər ki, onların ovçuluq təsərrüfatlarının, ovun təşkilində təcrübəsi var. Bizə məlum olub ki, çoxlu sayda şirkət bu işlə məşğul olmaq istəyir, lakin təcrübə uğurlu olmayıb. Hansı şirkətlərin ki, bu sahədə böyük təcrübəsi var və onlar bizə bu təsərrüfatların inkişafı ilə bağlı uyğun biznes-planlar təqdim edərlərsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq".