"Sizə əxlaqsız lazımdırsa, ona qulaq asın"


Şou-biznes 07 Sen 2018 13:38:38 289 0

"Sizə əxlaqsız lazımdırsa, ona qulaq asın"

Damlanın müğənni İradə Mehrinin bir neçə il öncə oxuduğu "Sevmişdim" adlı mahnını icazəsiz ifa etməsi qalmaqala səbəb olub.

Son.az ölkə.az-a istinadən məlumatına görə, İradə Mehri qarşı tərəfin bu addımını əxlaqsızlıq adlandırıb:

"Həmin mahnını üç min manata almışam. Elə əxlaqsız insanların mənim mahnımı oxumağını istəmirəm. Faktlar, sübutlar gətirərəm ki, o insan çox əxlaqsızdır. Pul verib mahnı almışam, oxumuşam, partlatmışam. Bu sənətə kiminsə mahnısıyla gəlməmişəm. Mahnını sənətə yeni başlayan insan oxusaydı, halallıq verərdim. Sən bu qədər acizsənmi, imkansızsanmı? Hörmətsiz insan mənim mahnımı oxuya bilməz.

İ.Mehri sözügedən mahnının Damlanın ifasında daha çox sevilməsinə də münasibət bildirib: