Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək - Yerlərin SİYAHISI


Digərləri 07 Sen 2018 13:07:00 178 0

Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək - Yerlərin SİYAHISI

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçiriləcək test imtahanı kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 27 sentyabr saat 18:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır.