Beren Saat ilə Sinem Kobal heyran etdilər


Digərləri 07 Sen 2018 12:51:00 547 0

Beren Saat ilə Sinem Kobal heyran etdilər

Beren Saat ilə Sinem Kobal dünən İstanbulda ayrı-ayrı ticarət mərkəzlərində görüntüləniblər.

Son.az publika-ya istinadən xəbər verir ki, kino ulduzları geyimləri ilə diqqət çəkib. Gündəlik üçün rahat mom adlanan şalvar modellərə üstünlük verən Beren və Sinem stilləri ilə bir çox modapərəstləri özünə heyran qoyublar.

Sinəmin kombini olduqca uğurlu alınıb. O, hündürbel şalvarı qara krop topla birləşdirərək incə belini və qarın əzələsini nümayiş etdirib. Aktrisanın bədən quruluşu bu dəstə xeyli uyğun olduğundan əynində çox xoş görünür. Saçlarını yarım toppuz yığan Sinem obrazını idman ayaqqabılarla tamamlayıb.


Xəbərə aid fotolar