Skripal ispan kəşfiyyatına da işləyib?


Dünya 07 Sen 2018 13:00:00 294 0

Skripal ispan kəşfiyyatına da işləyib?

Rusiyanın keçmiş agenti, Britaniyada zəhərlənən Sergey Skripalın bir müddət ispan kəşfiyyatına işlədiyi iddia olunur.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Bildirilir ki, bu məlumatı yüksək vəzifəli şəxslər və yazının müəllifi Fernando Rueda təsdiqləyir. İspaniyanın kəşfiyyat əməkdaşları ilə söhbətə istinad edən Rueda Skripalın davamlı olaraq İspaniyaya getdiyini deyib. Qəzet yazır ki, son illər ərzində keçmiş agent İspaniya kəşfiyyatına çalışmış şəxslərlə görüşlər keçirib.